ABŞ Koreya yarımadasında hərbçilərinin sayını dəyişməyəcək

3-12-2021, 08:01           
ABŞ Koreya yarımadasında hərbçilərinin sayını dəyişməyəcək
ABŞ Koreya Respublikasındakı (Cənubi Koreya) hərbi mövcudluğunu indiki 28 500 nəfər səviyyəsində saxlayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın müdafiə naziri Soo-ok dekabrın 2-də Seulda Pentaqonun rəhbəri Lloyd Oustin ilə birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, Birləşmiş Ştatlar Cənubi Koreyadakı qoşunlarının hazırkı sayını saxlamağa söz verib. Soo-ok, həmçinin bildirib ki, danışıqlar zamanı tərəflər öz qoşunlarının əməliyyat komandanlığının müharibə zamanı Seula təhvil verilməsində irəliləyiş əldə ediblər və 2022-ci ildə Cənubi Koreya tərəfinin bu prosesə hazırlığının qiymətləndirilməsini başa çatdırmağı planlaşdırırlar.

1950-1953-cü illər Koreya müharibəsindən sonra Seul ölkəni KXDR-in işğalı təhlükəsindən qorumaq üçün qoşunlarına nəzarəti Vaşinqtona verib.

Sülh dövründə qoşunlara komandanlıq etmək hüququ 1994-cü ildə Seula qaytarılıb, lakin silahlı münaqişəyə operativ nəzarət hüququ Vaşinqtonda qalır. Oustin 53-cü Birgə Təhlükəsizlik Məsləhətləşməsində iştirak etmək üçün dekabrın 1-də Koreya Respublikasına gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru