Rusiyada məşhur tibb müəssisəsi “Omikron”a görə ÜST-ü məhkəməyə verdi

3-12-2021, 08:45           
Rusiyada məşhur tibb müəssisəsi “Omikron”a görə ÜST-ü məhkəməyə verdi
Rusiyada Sibir oftalmoloji klinikalar şəbəkəsinin sahibi Aleksandr Padar Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) məhkəməyə verib və ona koronavirusun yeni ştammını ifadə etmək üçün “omicron” sözündən istifadənin qadağan edilməsini tələb edib.

Klinikanın təsisçisinin sözlərinə görə, tibb müəssisəsinin adı qeydiyyatdan keçmiş ticarət nişanıdır və COVID-19 ştammı ilə assosiasiya klinikanın işgüzar nüfuzuna xələl gətirir.

“Bir özünüz düşünün, əgər kimsə “Omikron”dan ölürsə - qohumunuz və ya dostunuz - o zaman çətin ki, eyni adlı klinikaya müraciət etməli olarsınız”, - deyə Padar bildirib.

İlk “Omicron” klinikasının açılışı 2015-ci ildə Novokuznetskdə baş tutub. Hazırda tibb müəssisəsi Rusiyanın 11 şəhərində fəaliyyət göstərir.




Mənbə: ngs.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru