"Omikron" ştammının ilk dəfə aşkarlandığı Cənubi Afrikada koronavirusa yoluxma üç dəfədəyək artıb

3-12-2021, 08:33           
"Omikron" ştammının ilk dəfə aşkarlandığı Cənubi Afrikada koronavirusa yoluxma üç dəfədəyək artıb
Cümə axşamı açıqlanan son rəqəmlərə görə, Cənubi Afrikada sutka ərzində yoluxma sayı üç gündə demək olar ki, üç dəfə arıb və bu yaxınlarda ölkədə aşkar edilən yeni omikron variantının mümkün yayılması ilə bağlı ola biləcəyi bildirilir.

Trend xəbər verir ki, rəsmi statistikaya görə, sutka ərzində ölkədə yoluxanların sayı 11 535 nəfərə çatıb, halbuki dekabrın 1-də 8 561, noyabrın 30-da isə 4 373 yoluxma halı qeydə alınmışdır.

CAR Milli Yoluxucu Xəstəliklər İnstitutu bildirib ki, test vermiş insanlarda pozitiv cavabların nisbəti 22,4 faiz təşkil edib. Noyabrın əvvəlində bu göstərici 1 faizə bərabər idi.

Mütəxəssislər qeyd edir ki, bu ölkədə indiyədək müşahidə olunmuş ən böyük templə yayılan ştammdır. Hazırki göstəricilər daha əvvəl qeydə alınan "delta" ştammıyla bağlı rəqəmləri üstələyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru