Yaponiya 6 ölkədən gələnlər üçün karantin tələblərini sərtləşdirir

3-12-2021, 08:53           
Yaponiya 6 ölkədən gələnlər üçün karantin tələblərini sərtləşdirir
Koronavirusun "omikron" ştamının yayılma təhlükəsi ilə əlaqədar Yaponiya hakimiyyəti altı ölkə və regiondan gələnlər üçün karantin tələblərini sərtləşdirib.

"Report" xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb.

Belə ki, Qana, İrlandiya, Norveç, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Kaliforniyadan gələnlər üçün xüsusi müəssisələrdə üç günlük karantin tətbiq edilir. Müvafiq tədbirlər dekabrın 4-dən qüvvəyə minəcək.

Noyabrın 29-da Yaponiya hakimiyyəti ölkəyə daxil olan insanların sayını gündə 3,5 min nəfərlə məhdudlaşdırmaq qərarına gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru