"Apple" Çinlə 275 milyardlıq gizli müqavilə bağlayıbmış

8-12-2021, 07:18           
"Apple" Çinlə 275 milyardlıq gizli müqavilə bağlayıbmış
"Apple" şirkətinin baş direktoru Tim Kuk Çin hökuməti ilə 275 milyard dollar dəyərində gizli müqavilə imzalayıb. AzVision.az xəbər verir ki, bu barədə “The Information” "Apple"dəki mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, Tim Kuk bu müqavilənin imzalanması üçün şəxsən lobbiçilik edib ki, şirkət Çində mövcudluğunu qoruyub saxlaya bilsin. Öz növbəsində, "Apple" Çin iqtisadiyyatının və texnologiyasının inkişafına sərmayə qoymağı da öhdəsinə götürüb.

Mənbələrin "The Information"a verdiyi məlumata görə, Tim Kuk 2016-cı ildə Çinə şəxsi səfəri zamanı şirkətə qarşı müəyyən müdaxilələr fonunda beş il müddətinə müqavilə imzalayıb. Məlumata görə, müqaviləni imzalamazdan əvvəl Kuk Çin rəsmiləri ilə görüşübmüş ki, onlar da investisiya qarşılığında şirkətin ölkədə genişlənməsinə mane olmayacaqlarına söz veriblər.

Nəşr qeyd edir ki, Çin son vaxtlar "Apple" məhsulları, xüsusən də "iPhone" smartfonları üçün ABŞ-dan sonra ikinci ən böyük bazara çevrilib. Belə bir uğur şirkət üçün son altı ildə ilk dəfədir ki, müşahidə edilir.

“Apple” hələlik nəşrin məlum araşdırma məqaləsini şərh etməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.