Pakistana Suriya hava xətlərinin ilk təyyarəsi gəlib

16-12-2021, 09:16           
Pakistana Suriya hava xətlərinin ilk təyyarəsi gəlib
«Cham Wings Airlines» şirkətinin ilk təyyarəsi Pakistana gəlib.

Bu barədə dekabrın 15-də SANA agentliyi xəbər verib.

Dəməşq beynəlxalq aeroportundan havaya qalxan təyyarə Kəraçi aeroportuna enib. «Cham Wings Airlines» şirkətinin inkişaf və ictimaiyyətlə əlaqələr üzrə şöbəsinin direktoru Üsmə Satka bəyan edib ki, şirkət Suriya və Pakistan arasında aviareyslər təşkil etmək niyyətindədir ki, iki ölkə arasında səyahətçilərin tələbatını ödəsin, sərnişin və kommersiya əlaqələrini fəallaşdırsın.

Xatırladırıq ki, Türkiyə ilə müttəfiqliyə və Səudiyyə Ərəbistanından iqtisadi asılılığa baxmayaraq, Pakistan Bəşər Əsədi Suriyanın prezidenti kimi tanıyır.

AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.