İlon Mask kovid peyvəndiylə bağlı hamını təəccübləndirdi
16-12-2021, 10:05
SpaceX və Tesla şirkətlərinin qurucusu İlon Mask əvvəllər peyvəndlərə şübhə ilə yanaşsa da, uzun müddətdir ki, koronavirusa qarşı peyvənd olunduğunu etiraf edib.
Qaynarinfo Time-a istinadla xəbər verir ki, Yer kürəsinin ən zəngin sakini uşaqları da daxil olmaqla bütün ailə üzvlərinin peyvəndi ilə məşğul olub.
Eyni zamanda milyarder hələ də məcburi peyvəndlərə qarşı olduğunu vurğulayıb. Onun sözlərinə görə, peyvənd olunmamış insanlar risk altında olsalar da, bu normaldır, çünki "insanlar həmişə riskli iş görür”.
Xatırladaq ki, Mask "Time” jurnalına görə "İlin adamı" seçilib. Onu "planetimizi xilas etməyə çalışan və bizə yeni planetlər yaratmağa kömək edən insan" adlandırıblar.