Ukrayna yeni qoşun yaradır: İlk gəmi Türkiyədən gələcək

16-12-2021, 11:28           
Ukrayna yeni qoşun yaradır:
Ukrayna 2026-cı ildə Sahil Raket Qüvvələri adı altında yeni qoşun növü yaratmaq niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin rəhbəri, kontr-admiral Aleksey Neijpapa deyib.

O bildirib ki, həmin qüvvələr yerli “Neptun” qanadlı raketləri ilə təchiz ediləcək.

Neijpapanın sözlərinə görə, Prezident Vladimir Zelenski HDQ-nin 2036-cı ilə qədər inkişaf strategiyasını təsdiqləyib:

“Həmin strategiyaya əsasən, korvet sinfindən olan gəmilərin inşası nəzərdə tutulub. Ukrayna üçün ilk belə gəmi Türkiyədə inşa edilir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru