Avropa Parlamenti Ukrayna ilə bağlı qətnamə qəbul etdi

17-12-2021, 00:00           
Avropa Parlamenti Ukrayna ilə bağlı qətnamə qəbul etdi
Avropa Parlamentinin üzvləri bu gün keçirilən plenar iclasda səs çoxluğu ilə Ukraynada vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyaların tətbiqinə hazırlaşmağa çağıran qətnamə qəbul ediblər.

Bakıvaxtı.az “RİA Novosti”yə istinadən xəbər verir ki, qətnamənin lehinə 548 deputat səs verib, 69 deputat əleyhinə çıxıb, 54 deputat isə bitərəf qalıb.

Avropa Parlamentinin üzvlərinin fikrincə, Ukraynada vəziyyətin eskalasiyası halında sanksiyalara Aİ-dəki bütün aktivlərinin dondurulacağı və səyahət qadağalarının tətbiq olunacağı şəxslərin siyahısının genişləndirilməsi daxil edilməlidir.

Bundan əlavə, Rusiyanın SWIFT ödəniş sistemindən ayrılması təklif olunur ki, bu da rus şirkətlərinin beynəlxalq maliyyə bazarından kənarlaşdırılmasına gətirib çıxaracaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru