BMT Baş Assambleyası Rusiya əleyhinə qətnamə qəbul edib

17-12-2021, 12:09           
BMT Baş Assambleyası Rusiya əleyhinə qətnamə qəbul edib
BMT Baş Assambleyası Ukraynanın təklif etdiyi Krım ərazisində insan hüquqlarının pozulması iddialarını pisləyən qətnamə qəbul edib.

Bizimtol.info xəbər verir ki, dünən bu qətnamə layihəsi üzrə səsvermə keçirilib.

64 ölkə qətnaməni dəstəkləyib, 20-si əleyhinə, 93-ü isə bitərəf qalıb. Qətnamənin mətnində Rusiyanın Krımda, o cümlədən ukraynalılar və Krım tatarlarının insan hüquqlarını pozduğu iddia edilir.

Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin müavini Gennadi Kuzmin sənəd səsverməyə çıxarılmazdan əvvəl onu tənqid edib: "Krımla bağlı təqdim olunan qətnamə layihəsi anti-Rusiya kampaniyasının tərkib hissəsidir. Rusiyalı diplomat qeyd edib ki, Krım Rusiyaya birləşdirildikdən sonra yarımadada həyat səviyyəsi durmadan artır, insan hüquqlarına ciddi əməl olunur. Buna hər kəs özü üçün əmin ola bilər. Rusiya Krımı xarici qonaqlar üçün mümkün qədər açıqdır. Krımlıların həyatı ilə tanış olmaqda səmimi maraqlanan hər kəs bunu istənilən vaxt edə bilər", - deyə Kuzmin bildirib.

Qeyd edək ki, Ukrayna hər il BMT Baş Assambleyasına Krımda insan haqlarının pozulması ilə bağlı qətnamə təqdim edir. Sənəd qəbul edilsə də, bu, dünya təşkilatı tərəfindən konkret addımlar atmağı nəzərdə tutmur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru