Çin ABŞ-ın sanksiyalarına cavab verib

18-12-2021, 09:27           
Çin ABŞ-ın sanksiyalarına cavab verib
Çin ABŞ Senatının qəbul etdiyi yeni sanskiya ilə bağlı ölkədəki qurumları və onların bizneslərini qorumaq üçün bütün lazımi tədbirləri görəcək.

“Report” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib.

“Bu hərəkətlər bazar iqtisadiyyatı prinsiplərini, beynəlxalq iqtisadi və ticarət qaydalarını ciddi şəkildə pozur, Çinin qurum və müəssisələrinin mənafeyinə ciddi zərbə vurur. Çin, Senatın qərarından təəssüflənir, qəti şəkildə rədd edir və ABŞ-ı səhvini dərhal düzəltməyə çağırır”.

Qeyd edək ki, ABŞ Senatı Çinin kiçik xalqlarının məcburi əməyindən istifadə edilən Sincan bölgəsindən malların idxalını məhdudlaşdıran yeni qanun qəbul edib.

Birləşmiş Ştatlar Çini ölkənin İslam dinini qəbul edən kiçik xalqlarının nümayəndələrinin olduğu xüsusi əmək mərkəzlərində qul əməyindən istifadə etməkdə ittiham edir. Onların arasında qazaxlar və uyğurlar da var.

İnsan haqlarının pozulması səbəbindən ABŞ və bir sıra başqa ölkələr Pekin Olimpiadasını boykot edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru