İŞİD-dən şok görüntü: Sıra Almaniyada - Foto

31-03-2016, 09:30           

İŞİD bu dəfə Almaniyanı təhdid edib.

Axar.az xəbər verir ki, İŞİD Tvitter hesabında Belçikadan sonra Almaniyada da terakt törədiləcəyinə işarə edib.

Tvitterdə paylaşılan görüntüdə Köln hava limanının alovlar içərsində yandığı, bir İŞİD üzvünün də bu anı seyr etdiyi görünür. Paylaşılan şəkilin üzərində "Qardaşlarının Belçikada etdiyini sən də edə bilərsən" qeyd olunub.

İŞİD bu görüntü ilə Almaniyadakı tərəfdarlarına mesaj verib.

"Raynişe Post" qəzetinin verdiyi məlumata görə, sosial şəbəkədən paylaşılan bu mesajdan sonra Almaniyanın təhlükəsizlik orqanları ciddi tədbirlər görür.

Qeyd edək ki, bu, İŞİD-in Almaniyaya qarşı ilk təhdidi deyil. Belçika teraktından sonra terrorçular Almaniyanı hədəf olaraq göstərməkdədirlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru