"DİM-in yanaşması on minlərlə abituriyenti yolda qoydu"

Bu gün, 15:22           
"DİM-in yanaşması on minlərlə abituriyenti yolda qoydu"
"Bu il 9-illik baza üzrə kolleclərə maraq çox idi - 26 mindən çox şagird qeydiyyata düşdü. Amma ixtisas seçimi edənlərin sayı cəmi 11 246 oldu".

Referans bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov sosial media hesabında yazıb.

Ekspert qeyd edir ki, plan yerləri 8 min civarında idi və "bal artımı olacaq” deyilsə də, bu baş vermədi:

"Səbəb aydındır: DİM “Abituriyent” jurnalını gec nəşr etdi, seçim üçün az vaxt ayırdı, statistik məlumatları vaxtında vermədi. Ucqar bölgələrdə jurnal vaxtında çatmadı, internet zəif olduğu üçün elektron variant da işləmədi, valideyn-abituriyent məsləhətləşməsi üçün vaxt olmadı.

Eyni səhv magistr qəbulu zamanı da olmuşdu, indi isə ali məktəb ixtisas seçimi üçün təkrarlanır. Avqustun 11-də seçim başlayacaq, cəmi 9 gün vaxt var. Jurnal hələ çıxmayıb, statistik məlumat yoxdur. Belə qısa müddət və gecikmiş informasiya on minlərlə plan yerinin boş qalmasına gətirəcək. DİM bu yanaşma ilə həm universitetlərə, həm də abituriyentlərə ciddi ziyan vurur. Bu, texniki səhv deyil – idarəetmə problemidir"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru