5 yaşlı uşağın ayağı traktorun altında qaldı - Buryatiyada

Bu gün, 15:24           
5 yaşlı uşağın ayağı traktorun altında qaldı -
Buryatiya Respublikasının Bıçur mahalında 5 yaşlı oğlan traktorun altına düşərək az qala ayağını itirəcəkdi.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Bıçur rayonu administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Hadisə iyulun 30-da baş verib. Uşağın ayağı hərəkətdə olan traktorun hissələrinə ilişərək qismən travmatik amputasiya olunub.

Uşaq dərhal xəstəxanaya çatdırılıb və təcili əməliyyat edilib. “Əməliyyat dörd saat davam etdi. Cərrah Dmitri Mamontov və komandasının peşəkar fəaliyyəti nəticəsində uşağın ayağını xilas etmək mümkün oldu. Hazırda o, Uşaq Respublika Klinik Xəstəxanasında müalicə alır, vəziyyəti stabildir,” – deyə mətbuat xidmətindən bildirilib.

Administrasiya bu cür hadisələrin ilk dəfə olmadığını vurğulayıb və valideynləri azyaşlıları ot biçini zamanı texnika yaxınlığında qoymamağa çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru