Çinin şimal-qərbində nəhəng neft ehtiyatları tapılıb

27-01-2022, 08:37           
Çinin şimal-qərbində nəhəng neft ehtiyatları tapılıb
Çinin «Sinopes» neft-qaz şirkəti Çinin şimal-qərbində Şunbey yatağında əlavə nəhəng neft ehtiyatı müəyyən edib.

Bu barədə yanvarın 26-da «Xuantsyu» qəzetinə istinadla TASS xəbər verib.

Agentliyin xəbər verdiyi kimi, yeni kəşf olunmuş yataqda ehtiyatlar özündə 88 milyon tona qədər nefti və 29 milyard kubmetr təbii qazı əhatə edir.

Hazırda Şunbey yatağında iki kəşfiyyat quyusu işləyir. Onların sutkalıq məhsuldarlığı 2 min ton karbohidrogen təşkil edir.

Şunbey neft-qaz yatağı Tarim neft-qaz basseyninin mərkəzi hissəsində, Sintszyan-Uyğur muxtar rayonunun Ağsu və Korla darələri sərhədində yerləşir. Resursların oturma dərinliyi 8 min mertrə yaxındır. 2021-ci ilə olan vəziyyətə görə, Şunbey yatağında kəşf olunmuş neftin həcmi 130 milyon ton təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru