ABŞ bazarının dağılmasından qazanclı çıxan yeganə milyarderin adı açıqlandı

28-01-2022, 09:25           
ABŞ bazarının dağılmasından qazanclı çıxan yeganə milyarderin adı açıqlandı
Dünyanın 10 ən varlı adamı arasında ABŞ bazarının dağılmasından sonra sərvəti artan yeganə insan amerikalı investor Uorren Baffett olub.

Belə ki, “Billionaires Index”in məlumatlna görə, milyarderin sərvəti 2,56 milyard dollar artaraq 112 milyard dollar olub.

Qeyd edək ki, iqtisadiyyatın müxtəlif sektorlarından ABŞ-ın 500 ən böyük şirkətinin səhmlərinin daxil olduğu S&P500 indeksi ilin əvvəlindən indiyədək 8,6 faiz itirib. Dünyanın ən varlı adamlarının ümumi sərvəti isə 155 milyard dollar azalıb.

Sərvət itirənlərin siyahısına başçılıq edən “Tesla”nın qurucusu İlon Maks 32,9 milyard dollar, “Amazon”un qurucusu Ceff Bezos isə 27,4 milyard dollar itirib.

Mənbə: Bloomberg












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru