“Türkmənistan Azərbaycan və Türkiyə ilə transsərhəd qaz kəmərinin çəkilməsi ilə bağlı danışıqları davam etdirir” - Prezident

8-04-2015, 10:36           
“Türkmənistan Azərbaycan və Türkiyə ilə transsərhəd qaz kəmərinin çəkilməsi ilə bağlı danışıqları davam etdirir” - Prezident
Türkmənistan qaz ixracı ilə bağlı Avropa vətərinin reallaşdırılması istiqamətində gördüyü işlərini davam etdirəcək.

“APA-Economics”in RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov moldovalı həmkarı Nikolay Timofti ilə danışıqlardan sonra deyib.

“Xəzər dənizi ilə bağlı məsələlərə gəlincə, biz hazırda Azərbaycan və Türkiyə ilə transsərhəd qaz kəmərinin tikintisi ilə bağlı danışıqları davam etdiririk. İnanıram ki, biz razılığa gələcəyik və bu, Avropa vətərinin reallaşdırılması istiqamətində yeni bir addım olacaq”, - deyə Türkmənistan prezidenti bildirib.

Moldova prezidenti isə qeyd edib ki, türkmənistanlı həmkarı ilə danışıqlar zamanı əsasən enerji təhlükəsizliyi məsələləri müzakirə olunub: “Biz Türkmənistanın iştirakı ilə Xəzər dənizi regionunda enerji layihələrinin reallaşdırılmasını müzakirə etdik. Belə bir razılığa gəldik ki, bizim mütəxəssislərimiz bu sahədə əməkdaşlığı davam etdirsin”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.