ABŞ Rusiyanın ölkədəki ikinci ən yüksək vəzifəli diplomatını qovdu

25-02-2022, 08:56           
ABŞ Rusiyanın ölkədəki ikinci ən yüksək vəzifəli diplomatını qovdu
ABŞ Rusiyanın Vaşinqtondakı səfirliyinin müşaviri Sergey Trepelkovu ölkədən qovub. Bu barədə Dövlət Departamentinin yüksək vəzifəli rəsmisinə istinadən “Associated Press” məlumat yayıb.

Məlumata görə, ABŞ Xarici İşlər Nazirliyi Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovdan sonra ikinci mühüm diplomat olan Sergey Trepelkovun ölkədən çıxarılması barədə Rusiya diplomatik missiyasını məlumatlandırıb.

Mənbənin sözlərinə görə, diplomatın ölkədən çıxarılması Moskva ilə Vaşinqton arasında səfirliklərin işçi heyəti ilə bağlı uzun müddətdir davam edən mübahisənin bir hissəsidir.

Bundan əlavə, mənbənin sözlərinə görə, bu addım Amerika tərəfindən ABŞ səfirinin müavini Bart Qormanın Rusiyadan qovulmasına birbaşa cavab olaraq atılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru