Ukrayna Ordusu Rusiyanın hərbi aeroportuna raket zərbəsi endirib - VİDEO
25-02-2022, 18:57
Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən hərbi aeroportuna ən azı bir raket zərbəsi endirilib. Teref.az APA-ya istinadən xəbərinə görə, yayılan videolarda uzun mənzilli raketin hava limanına düşməsinin və uçuş-enmə zolağında bir neçə yanğının baş verməsi əks olunur.
CNN-in geolokasiyasına görə, sözügedən hava limanı Ukrayna ilə sərhəddən 10 mil məsafədə yerləşən Rusiyanın Rostov vilayətinin Millerovo şəhəri yaxınlığındakı hərbi aeroportdur.
“Komsomolskaya pravda” qəzeti də bölgədəki mənbələrinə istinadən Ukraynaya məxsus “Toçka-U” raketinin hərbi obyektə zərbə endirməsi barəsində məlumat paylaşıb.
“Rostov Gazeta” da Millerovonun Ukrayna silahlı bölmələrinin hücumuna məruz qalması və yaralılarla bağlı məlumat yayıb.
Rusiyanın Cənub Hərbi Dairəsinə daxil olan Millerovo hərbi aeroportunda Su-30SM qırıcı təyyarələrindən ibarət iki eskadron olduğu bildirilir.