ABŞ Putinə qarşı sanksiyalar planlaşdırır

26-02-2022, 07:55           
ABŞ Putinə qarşı sanksiyalar planlaşdırır
ABŞ administrasiyası Rusiya Prezidenti Vladimir Putinə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır. “Report” xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Qeyd edək ki, Böyük Britaniya Rusiya liderinə qarşı sanksiyalar tətbiq edib. Bundan başqa, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Böyük Britaniyanın məhdudiyyətlər siyahısına düşüb.

Bir gün əvvəl ABŞ Prezidenti Co Bayden Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketinin tətbiqini vurğulayaraq, Rusiya-Amerika münasibətlərində “tam fasilə” yarandığını bildirib.

O, Rusiya Prezidenti Vladimir Putinə qarşı sanksiyalar tətbiq etməyə hazır olması ilə bağlı suala da müsbət cavab verib. Eyni zamanda Bayden Putinlə danışmağı planlaşdırmadığını da əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru