Rusiyadan alınmış qiymətli kağızların satışı qadağan edilib

28-02-2022, 12:12           
Rusiyadan alınmış qiymətli kağızların satışı qadağan edilib
Rusiya Bankı (Mərkəzi Bank) xarici ölkə vətəndaşlarının daxili bazardan aldıqları qiymətli kağızların satışını qadağan edib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bununla bağlı qiymətli kağızlar bazarının peşəkar iştirakçılarına - broker xidməti göstərən şirkətlərə göstəriş verilib və onlar xarici fiziki və hüquqi şəxs olan müştərilərinin aktivlərinin satışı üzrə sifarişlərin icrasını dayandıracaqlar. Amma qərar bu günə qədər bağlanmış əqdlərə aid edilmir. Brokerlər təlimatı aldıqları andan 5 iş günü ərzində əməliyyatların dayandırılması haqqında Rusiya Bankına hesabat göndərəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru