Finlandiya Ukraynaya hərbi yardım göndərəcək

1-03-2022, 08:08           
Finlandiya Ukraynaya hərbi yardım göndərəcək
Finlandiya Ukraynaya silah-sursat göndərəcək.

APA-nın CNN-ə istinadla xəbərinə görə, bu barədə Finlandiya hökumətinin bəyanatında bildirilib.

Qeyd olunub ki, Ukraynaya 2500 ədəd avtomat, 150 min avtomat darağı, 1500 biratışlıq tank əleyinə silah və 70 min ədəd qida paketi göndəriləcək.

“Rusiyanın hərbi hücumuna görə Ukraynada vəziyyət son dərəcə çətindir və orada müdafiəyə təcili ehtiyac var”, - deyə hökumətin bəyanatında bildirilib.

Qeyd edək ki, Finlandiya bazar günü Ukraynaya gülləkeçirməz jiletlər, kompozit dəbilqələr və ilk yardım ləvazimatları göndərəcəyini bəyan etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru