Putinə qarşı çıxan milyarderlərin sayı 3 oldu

1-03-2022, 08:23           
Putinə qarşı çıxan milyarderlərin sayı 3 oldu
Putinin Ukraynanı işğal cəhdinə qarşı çıxan rusiyalı milyarderlərin sayı artır.

“Tinkoff” bankının təsisçisi və sahibi olan milyarder Oleq Tinkov da Ukraynada aparılan müharibənin və insanların ölümünün yolverilməz olduğunu bəyan edib. Bankı və biznesi Qərbin sanksiyalarına tuş gələn Tinkov “İnstaqram”dakı paylaşımında bildirib ki, dövlətlər pullarını insanların müalicəsinə, xərçəng üzərində qələbə çalmağa xərcləməlidirlər, müharibəyə yox.

Xatırladaq ki, bundan öncə daha iki rusiyalı milyarder – Mixail Fridman və Oleq Deripaska da müharibə ilə bağlı narazılıqlarını bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru