Rusiya Ukraynaya “İsgəndər” və “Kalibr” tipli 113 raket atıb

1-03-2022, 08:58           
Rusiya Ukraynaya “İsgəndər” və “Kalibr” tipli 113 raket atıb
Ukraynaya hərbi müdaxilə etdiyi gündən bəri Rusiya qoşunları ölkənin dinc əhalisinin yaşadığı şəhər və kəndlərə qurudan və dənizdən “İsgəndər” və “Kalibr” tipli 113 raket atıb.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının bəyanatında deyilir.

Onun sözlərinə görə, bu addımlar beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır və Haaqa Tribunalında araşdırılmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru