BELARUS UKRAYNAYA QARŞI MÜHARİBƏYƏ QOŞULDU -Qoşunları Ukraynaya daxil olub

1-03-2022, 17:41           
BELARUS UKRAYNAYA QARŞI MÜHARİBƏYƏ QOŞULDU
Belarus qoşunları Rusiyaya yardım etmək üçün Ukrayna ərazisinə daxil olub.

Bunu “Sever” regional ərazi müdafiəsi idarəsinin nümayəndəsi Vitali Kirilov təsdiqləyib.

“Belarus müharibəyə qoşuldu. Çerniqov bölgəsinə Belarus qoşunları daxil olub”, - deyə o bildirib.

İlkin məlumata əsasən, Belarus qoşunları 11-i “Qrad” qurğusu olmaqla 33 hərbi texnikanın müşayiəti ilə Ukrayna ərazisinə hərəkət edir. Bu zaman ərazidə mobil rabitə boğulur...

Belarus qoşunları Ukraynanın Çerniqov şəhərinə daxil olmasını Ukrayna Ali Radasının “Twitter” hesabında qeyd edib.

Məlumatı Ukraynanın “Şimal” ərazi müdafiə qüvvələrinin nümayəndəsi Vitali Kirilov da təsdiqləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru