Kanada Rusiya gəmilərinin üzünə limanlarını bağlayır

2-03-2022, 08:39           
Kanada Rusiya gəmilərinin üzünə limanlarını bağlayır
Kanada hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya gəmilərinin yerli limanlara daxil olmasını qadağan edir. "Report" xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

Nazirlər Kabinetinin bağlı qapılar arxasında keçirilən iclasında verilən qərar bu həftə qüvvəyə minəcək.

Kanada hakimiyyəti, həmçinin Ukraynaya 79 milyon ABŞ dolları dəyərində humanitar yardım göndərmək qərarına gəlib. Xüsusilə, Ukraynaya yemək, su və müvəqqəti yaşayış üçün çadırlar göndəriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru