Rusiyanın ən böyük bankının səhmləri 1 sentə düşdü - FOTOFAKT

2-03-2022, 17:28           
Rusiyanın ən böyük bankının səhmləri 1 sentə düşdü - FOTOFAKT
Rusiya və Şərqi Avropanın ən böyük bankı hesab olunan “Sberbank” iflas təhlükəsilə üzləşib.
Teref.az yeniavaz.com-a istinadla xəbər verir ki, Avropa ölkələrinin “Sberbank”a sanksiya tətbiq etməsindən sonra London birjasında bankın səhmləri 1 sentə düşüb.

Təkcə son bir həftə ərzində “Sberbank”ın səhmləri 400 dəfə ucuzlaşıb. Belə ki, fevral ayının 25-də bankın səhmləri London birjasında 4 dollardan baha satılıb.
Onu da bildirək ki, ötən ilin oktyabr ayında “Sberbank”ın səhmləri 20 dollardan baha satılıb. Rusiya ilə Ukrayna arasında gərginlik yrandıqdan sonra bankın səhmləri sürətlə ucuzlaşmağa başlayıb.
Məlumat üçün onu da bildirək ki, ötən ilin aprel ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Sberbank” ilə birgə təsis etdiyi “SOCAR Enerqoresurs” MMC-nin kapitalından çıxdığını açıqlayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru