ABŞ Rusiyanın müdafiə sektoruna qarşı yeni sanksiyalar tətbiq edib

3-03-2022, 08:19           
ABŞ Rusiyanın müdafiə sektoruna qarşı yeni sanksiyalar tətbiq edib
Ağ Ev Ukrayna hadisələri ilə əlaqədar Rusiya və Belarusa qarşı yeni sanksiyalar elan edib. ABŞ dövlət Departamentinin bəyanatına əsasən, məhdudiyyətlər müdafiə və enerji sənayesinə təsir edəcək.

Bildirlib ki, ümumilikdə “qara siyahı”ya Rusiyanın 22 müdafiə müəssisəsi, o cümlədən Rusiya silahlı qüvvələri üçün döyüş təyyarələri, piyada döyüş maşınları, elektron döyüş sistemləri, raketlər və pilotsuz uçuş aparatları istehsal edən şirkətlər əlavə olunacaq.

Bundan əlavə, sanksiyalar Rusiya və Belarus təhlükəsizlik xidmətlərini dəstəkləyən, hərbi və müdafiə sektoru sahəsindəki araşdırmalara töhfə verən təşkilatlara da təsir edəcək.

Həmçinin, Vaşinqton Rusiyanın enerji bazarındakı mövqeyini də zəiflətməyi planlaşdırır.

“İxrac nəzarəti Rusiya ordusunu dəstəkləyən əsas gəlir mənbəyi olan neft emalı sahəsini hədəfləyir. Neft və qaz hasilatı avadanlıqlarına ixrac nəzarəti vasitəsilə Ticarət Departamenti uzunmüddətli perspektivdə Rusiyanın emal imkanlarını dəstəkləyəcək texnologiyanın ixracına məhdudiyyətlər qoyacaq”, - bəyanatda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru