Avropa ölkələri Rusiya ilə ticarətdən imtina edirlər

3-03-2022, 08:33           
Avropa ölkələri Rusiya ilə ticarətdən imtina edirlər
Avropalı alıcılar Rusiya məhsullarını boykot etməyə başlayıblar.

Bu barədə «İzvestiya»-ya Uşaq malları industriyası müəssisələri assosiasiyasının prezidenti Antonina Tsisulina danışıb.

Eksert qeyd edir ki, Rusiya Federasiyasına xarici malların gətirilməsi də dayandırıla bilər. Tsisulina izah edib ki, Çexiyadan, Polşadan, Finlandiyadan və Baltik ölkələrindən olan distribüterlər və riteylerlər artıq tədarükdən imtina barədə xəbərdarlıq ediblər. Şirkətlər yeni müqavilələr balamağa hazır deyillər, üstəgəl, cari fəaliyyəti də dayandırırlar.

Assosiasiyada qeyd ediblər ki, bu hallar uşaq mebeli və oyuncaqlarına aiddir, amma konkret brendlərin adları çəkilməyib.

Xarici məhsulların Rusiyaya gətirilməsi də dayandırıla bilər. Assosiasiyada bildiriblər ki, bəzi Rusiya distribüterləri və ticarət şəbəkələri, hansı ki, xarici məhsulları alırlar, əməkdaşlığın mümkün dayandırılması barədə xəbərdarlıq alıblar. Brendlərin bir hissəsi isə özləri qarşılıqlı fəaliyyəti dayandırırlar.

Hələ ki, Rusiya şirkətləri mal göndərilməsi üçün açıq hesabların ödənilməsi və qabaqcadan ödəmə sisteminə keçid tələbləri ilə üzləşiblər.

Bu arada, ABŞ və Avroppadan olan xammal tədarükçülərinin bəziləri Rusiya şirkətlərinə tədarükü dayandırırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru