“SOS” – Rusiya adlı dövlət batır

3-03-2022, 09:19           
“SOS” – Rusiya adlı dövlət batır
Son 2 həftə ərzində London birjasında yer alan ən böyük Rusiya şirkətlərinin səhmlərinin dəyəri 98 faiz ucuzlaşıb. Bu barədə KİV-lər birja məlumatlarına istinadən xəbər yayıb.

“Qazprom”, “Sberbank” və “Rosneft” kimi şirkətlərin ümumi dəyəri 572 milyard dollar azalıb. “Qazprom”un səhmləri 98%, “Severstal” metallurgiya şirkəti – demək olar ki, 100%, “Rosneft”in səhmləri 65%, “Lukoyl”un səhmləri 98% ucuzlaşıb.

Rusiya birjalarında ticarət hələlik ümumiyyətlə aparılmır. Birjanın fəaliyyəti Rusiya Mərkəzi Bankı tərəfindən dayandırılıb.

Bundan əvvəl Sberbank Avropa bazarından çıxdığını elan edib, səhmləri 1 sentə düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru