38 dövlət Ukraynadakı hərbi cinayətlərin araşdırılması üçün Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etdi

3-03-2022, 08:13           
38 dövlət Ukraynadakı hərbi cinayətlərin araşdırılması üçün Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etdi
Böyük Britaniya və daha 37 dövlət Beynəlxalq Cinayət Məhkəməsini (ICC) Ukraynada mümkün hərbi cinayətləri araşdırmağa çağırıb.

Bu barədə Böyük Britaniya Xarici İşlər və Ədliyyə Nazirliklərinin yaydığı birgə bəyanatda deyilir.

Sənəddə bildirlir ki, 38 üzv ölkədən ibarət qrup tərəfindən verilmiş müraciət prokurora məhkəmə icazəsini gözləmədən dərhal istintaqa başlamağa imkan verəcək.

Qeyd edək ki, bir qədər əvvəl BCM-nin baş prokuroru Kərim Xan bildirib ki, o, Ukraynadakı vəziyyətlə bağlı tamhüquqlu təhqiqatın açılması üçün Məhkəməyə qədər Palataya sorğu göndərmək niyyətindədir.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru