Rusiya Ukraynada xüsusi əməliyyat üçün əlavə qoşun cəlb etmir.
Axar.az xəbər verir ki, bu sözləri Pentaqon sözçüsü Con Kirbi deyib.
“Biz bunu müşahidə etmirik”, - Kirbi bildirib.
O vurğulayıb ki, ABŞ Rusiyanın Baltikyanı ölkələrlə sərhəddə, həmçinin Kalininqrad vilayətində əlavə qüvvə yerləşdirməsi yönündə hazırlıqlar apardığını güman etmir.
Kirbi həmçinin əlavə edib ki ki, ölkəsi Belarus silahlı qüvvələrinin Rusiyanın Ukrayna əməliyyatında iştirak edəcəyinə dair əlamətləri görmür.