İspaniyadan QƏRAR: Ukraynaya hansı silahların göndəriləcəyi AÇIQLANDI
3-03-2022, 11:45
İspaniya Ukraynaya hərbi yardım göndərəcək.
Bu barədə İspaniya hökuməti müvafiq qərar qəbul edib.
Qərara əsasən, Ukraynaya hücum silahları - mindən artıq pulemyot və qumbaraatanlar, həmçinin 700 mindən artıq pulemyot və snayper patronları göndəriləcək.
Qeyd edilən yardım martın 4-də iki təyyarə vasitəsilə göndəriləcək.