Xersonun meri meriya binasından Ukrayna bayrağını yığışdırmayıb... - Ruslar onun qarşısına şərtlər irəli sürüb...

3-03-2022, 10:57           
Xersonun meri meriya binasından Ukrayna bayrağını yığışdırmayıb... - Ruslar onun qarşısına şərtlər irəli sürüb...
Rus ordusu Xerson Şəhər Şurasına gələrək qanuni şəhər hakimiyyətinin nümayəndələri ilə danışıblar. Teref.az axar.az-a istinadla xəbər verir ki, bu barədə şəhər meri İqor Kolıxayev Feysbukda yazıb.

Kolıxayev bildirib ki, çağırılmamış qonaqlarla Rusiya işğalının nəticələri: ölənlərin toplanması, basdırılması, ərzaq və dərmanların çatdırılması, zibillərin yığılması, qəzaların aradan qaldırılması və s. problemlər barədə danışıqlar aparılıb.

“Mən infrastrukturu yeniləməyə, Xersona sərmayə qoymağa, evlər tikməyə, yollar, parklar salmağa və doğma şəhərimə yeni həyat qurmağa gəlmişəm. Nəticədə mən ölülər üçün xüsusi paketlər axtarıram. Yaşıl dəhliz üçün danışıq aparıram. İndi tanklardan və zirehli transportyorlardan sonra şəhəri necə bərpa edə bilərəm?” - mer bildirib.

O, sakinlərə də müraciət edib:

“Şəhərə yalnız gündüz çıxın. Komendat saatına diqqət edin. Piyada keçidindən bir-bir, maksimum iki nəfər keçin. Hələlik, bu qədər. Şəhərdə Ukrayna bayrağı dalğalanır. Bayrağın qalması üçün bu tələblərə əməl edilməlidir. Mən hələ başqa heç nə təklif edə bilmərəm”, - o yekunlaşdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru