Putin Ukraynadakı humanitar problemin həlli üçün əməkdaşlığa hazırdır - Kreml

3-03-2022, 18:32           
 Putin Ukraynadakı humanitar problemin həlli üçün əməkdaşlığa hazırdır - Kreml
Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronu əcnəbi vətəndaşların Ukraynadan təhlükəsiz təxliyəsini təmin etmək üçün səylərə qoşulmağa çağırıb.

Bu barədə Kremlin mətbuat xidmətinin Putin-Makron telefon danışığı barədə yaydığı məlumatda bildirilib.

“Vladimir Putin Fransa Prezidentini əcnəbi vətəndaşların Ukrayna ərazisindən təhlükəsiz təxliyəsini təmin etmək üçün səylərə qoşulmağa çağırıb. O, xüsusilə Xarkovda Ukrayna güclərinin girovluğunda olan böyük bir hindistanlı tələbə qrupunu xatırladıb. Emmanuel Makron Kiyev rəhbərliyi ilə müvafiq iş aparacağına söz verib”, - məlumatda qeyd olunub.

O da bildirilib ki, Vladimir Putin Rusiya Federasiyasının Ukraynadakı humanitar problemlərin həlli üçün xarici tərəfdaşlarla əməkdaşlığa hazır olduğunu təsdiqləyib. //apa//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru