Abramoviç Ukraynaya 4 milyard verəcək

3-03-2022, 19:41           
Abramoviç Ukraynaya 4 milyard verəcək
Rusiyalı milyarder Roman Abramoviç "Çelsi" futbol klubunu satışa çıxarıb.

Teref.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb Ukraynada gedən müharibə olub. 19 ildir kliba rəhbərlik edən iş adamı bunu klubun maraqları üçün etdiyini deyib:

"Hər zaman klubun maraqlarına uyğun addımlar atıram. İndi çətinləşən vəziyyətə görə klubu satıram. Bu, biznes maraqlarına və ya pula görə deyil. sadəcə, klubun oyunlardakı iştirakına görədir. Bu qərarı qəbul etmək çox çətin idi, klubla bu cür ayrılıq mənə əzab verir".

Abramoviç klubu 4 milyard funt-sterlinqə (5,3 milyard dollar) satacağını açıqlayıb. O, əlavə edib ki, əldə olunan gəlir Ukraynaya dəstək üçün xeyriyyə fonduna göndəriləcək. Bu pulla müharibədə əziyyət çəkən ukraynanılara yardım ediləcək.

Roman eyni zamanda dağılan binaların tikintisi üçün pul xərcləyəcəyini söyləyib.

Hazırda klubun alıcıları çoxdur. Onun yeni sahibinin isveçli biznesmen Hansyorq Viss ola biləcəyi güman edilir. Viss hazırda ABŞ-da yaşayır və dünyanın ən varlı isveçrəli biznesmeni hesab edilir. Onun var, dövləti 5,1 milyard dollar dəyərindədir. Abramoviçin isə var-dövləti 13 milyard dollar dəyərində qiymətləndirilir.

Viss bildirib ki, təklif onun üçün çox da uğurlu görünmür, Roman çox məbləğ istəyir. İş adamı bir neçə gün düşünəcəyini deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru