Ukraynada ölən rus hərbçilərinə nə qədər pul veriləcək?- Putin açıqladı
4-03-2022, 08:00
Ukraynada həlak olan rus hərbçilərinin ailələrinə 7 milyon 421 min rubl birdəfəlik müavinət veriləcək.
Cebhe.info xəbər verir ki, bunu martın 3-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında Prezident Vladimir Putin deyib.
Bundan əlavə, Putin həlak olanların ailələrinə 5 000 000 rubl məbləğində əlavə ödəniş etməyi tapşırıb.
Rusiya Federasiyasının Ukraynada döyüşən və yaralanan hərbçilərinə 3 milyon rubl əlavə ödəniş təyin ediləcək.
İclasda Prezident və Təhlükəsizlik Şurasının üzvləri Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.