ABŞ Peskov daxil olmaqla 66 nəfəri "qara siyahı"ya salıb

4-03-2022, 08:32           
ABŞ Peskov daxil olmaqla 66 nəfəri "qara siyahı"ya salıb
ABŞ Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskova qarşı sanksiyalar tətbiq edib. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bununla yanaşı, 19 rusiyalı iş adamı və onlarla əlaqəli 47 şəxsə qarşı da sanksiya tətbiq edilib.

Sanksiya siyahısında Rusiyanın dünyada məşhur olan “Vaqner” özəl hərbi şirkətinin (ÇVK) yaradıcısı və sahibi, milyarder iş adamı Yevgeni Priqojin, Rusiya baş nazirinin keçmiş birinci müavini, “VEB.RF” dövlət korporasiyasının sədri İqor Şuvalov, Rusiyanın “Rostex” Dövlət Şirkətinin direktoru Sergey Çemezov, "Soçi" klubunun prezidenti Boris Rotenberq, milyarder Alişir Usmanov, Rusiyanın maliyyə naziri Anton Siluanovun da adı var.

Peskov və Usmanov istisna olmaqla, siyahıdakı şəxslərin ən yaxın qohumları da sanksiyalara məruz qalıb.

Eyni zamanda dezinformasiya yayan yeddi Rusiya təşkilatına da qarşı sanksiya tətbiq edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru