ABŞ Rusiya üçün qitələrarası ballistik raketlər, eləcə də onlar üçün yanacaq istehsal edən “Roskosmos”un 3 müəssisəsinə sanksiya tətbiq edib.
Axar.az xəbər verir ki, bu barədə “Roskosmos”un rəhbəri Dmitri Roqozin Teleqram kanalında məlumat verib.
“ABŞ əlavə olaraq daha üç müəssisəmizi sanksiyalar siyahısına əlavə edib: “Titan-Barrikadalar” Federal Tədqiqat və İstehsalat Mərkəzi ASC, Salavat Kimya Zavodu Səhmdar Cəmiyyəti, Akademik V.P.Makeyev adına Dövlət Raket Mərkəzi".
Roqozin qeyd edib ki, müəssisələrdən biri bərk yanacaq, digəri isə maye yanacaqla işləyən qitələrarası ballistik raketlər istehsal edir. Üçüncü müəssisə öz mühərrikləri üçün raket yanacağı istehsal edir.