Nuland: “ABŞ yeni soyuq müharibə istəmir”

4-03-2022, 10:48           
Nuland: “ABŞ yeni soyuq müharibə istəmir”
“Birləşmiş Ştatlar ikinci soyuq müharibəyə can atmır, lakin Rusiyanı Ukrayna ətrafındakı vəziyyətlə bağlı dünyanın qalan hissəsini dinləməyə çağırır”. AzVision.az xəbər veirr ki, bunu TASS-a müsahibəsində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland deyib.
ABŞ administrasiyasının nöqteyi-nəzərindən beynəlxalq münasibətlərin indiki mərhələdə hara getməsi ilə bağlı sualı cavablandıran xarici işlər nazirinin müavini, "Heç kim yeni soyuq müharibə istəmir. Lakin Rusiya dünyanın rəyini dinləməlidir. BMT Rusiyanın Ukraynaya təcavüzünü pisləyib", - diplomat bildirib.

Qeyd edək ki, BMT Baş Assambleyasının xüsusi sessiyasında Rusiyanın Ukraynadakı əməliyyatını pisləyən qətnamə qəbul edib. Baş Assambleyanın qərarları hüquqi qüvvəyə malik deyil. 141 ölkənin nümayəndəsi qətnamənin lehinə, 5 dövlət əleyhinə, 35 dövlət isə bitərəf qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru