Bəşər Əsədin muzdluları Ermənistandan keçərək Ukraynaya Rusiya tərəfində döyüşməyə gedir

4-03-2022, 18:09           
Bəşər Əsədin muzdluları Ermənistandan keçərək Ukraynaya Rusiya tərəfində döyüşməyə gedir
Suriya prezidenti Bəşər Əsədin muzdluları Rusiya tərəfində döyüşmək üçün Ukraynaya göndərilib.

DİA.AZ "HaberGlobal"a istinadən xəbər verir ki, mənbə Bəşər Əsədin Rusiyaya göndərdiyi muzdluların Ukraynaya marşrutunu da açıqlayıb.

Bildirilir ki, Suriyanı tərk edən muzdlular Ermənistana aparılır, Erebuni aviabazasında toplanılır. Ardınca onlar Şimali Osetiyanın Mozdok şəhərinə, oradan da Rusiya heyəti ilə birlikdə Ukraynaya göndərilir.

Vurğulanır ki, Rusiya bu muzdlularla Suriyada olduğu kimi Ukraynada da qeyri-sabitlik yaratmağı hədəfləyir. //"Report"//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru