Meqan Marklın bacısı onun yalanlarını ifşa edib

5-03-2022, 11:10           
Meqan Marklın bacısı onun yalanlarını ifşa edib
Meqan Markl yenidən məhkəməyə verilib.

Bu dəfə hersoginyanın bacısı Samanta onun Opra Uinfri ilə qalmaqallı müsahibəsindən hiddətlənib.

Meqanın bacısı onu böhtan atmaqda günahlandırıb və hersoginyanın harada yalan danışdığını izah edib.

Samantanın dediyinə görə, Meqan müsahibəsində ailənin yeganə övladı olduğunu vurğulayıb. Bundan əlavə, hersoginya bacısını onilliklər əvvəl gördüyünü deyib. Meqan, həmçinin iddia edib ki, Samanta məhz onun Şahzadə Harri ilə görüşməyə başlamasından sonra Markl soyadını götürüb.

Samanta isə bütün bu deyilənlərin yalan olduğunu bildirib.

Mənbə: radiokp.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru