Səudiyyə Ərəbistanı aprel ayından etibarən bütün regionlardanolan alıcılar üçün bütün markalı neftin qiymətini qaldıracaq.
Trend xəbər verir ki, bu barədə Saudi Aramco dövlət şirkətiməlumat yayıb.
Asiyaya tədarük edilən əsas marka olan "Arab Light"- ın qiymətibir barel üçün 2,15 dollar artacaq. Nəticədə, SəudiyyəƏrəbistanının təklif etdiyi neftin qiyməti Oman və BƏƏ neftindənbir barel üçün 4,95 dollar baha olacaq.
Bundan əlavə, ABŞ-a tədarük edilən neftin bütün markalarınınqiyməti aprel ayından bir barel üçün 1 dollar, Şimal-Qərbi Avropaüçün 1,2-2,1 dollar, Aralıq dənizi ölkələri üçün 1,7-2 dollarartacaq.