ABŞ Rusiyadan neft idxalını dayandırmaq istəyir

5-03-2022, 10:48           
ABŞ Rusiyadan neft idxalını dayandırmaq istəyir
ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən Rusiya neftinin idxalına qadağa qoymağı düşünür.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

Məlumata görə, Ağ Ev ABŞ-ın neft və qaz sənayesi ilə belə bir addımın ABŞ istehlakçılarına və qlobal tədarüklərə təsirini müzakirə edir.

Rusiya neftinə qoyulan istənilən məhdudiyyət yalnız alıcı tərəfə zərər verəcək, çünki ruslar öz yanacaqlarını asanlıqla Çin və ya Hindistanda yerləşdirə bilərlər. ABŞ isə benzin qiymətlərinə təsir göstərdiyi üçün çətin vəziyyətdə qalacaq.

ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına görə, Rusiya nefti keçən il ABŞ-a daxil olan bütün neft tədarükünün yalnız 3%-ni təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru