Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti AÇIQLADI

5-03-2022, 10:01           
Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti AÇIQLADI
Rusiya işğalçıları Luqansk və Donetsk vilayətlərinin inzibati sərhədlərinə daxil olmaq və işğal altındakı Krımla quru dəhlizi yaratmaq niyyətindədirlər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Ukrayna xalqının Rusiyanın hərbi işğalına qəhrəmancasına müqavimətinin doqquzuncu günü başa çatıb. Düşmən aviasiyanın dəstəyi ilə Ukraynaya qarşı hücum əməliyyatını davam etdirir və yüksək dəqiqlikli silahlardan istifadə edir. İşğalçılar əsas səylərini şəhərləri mühasirəyə almağa yönəldiblər. Bundan əlavə, düşmən Luqansk və Donetsk vilayətlərinin inzibati sərhədlərinə daxil olmaq və işğal altındakı Krımla quru dəhlizi yaratmaq niyyətindədir”, - məlumatda deyilir.
"Düşmən Mariupolun müdafiəsində zəif cəhətləri müəyyən etməyə çalışır. Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 1-ci Əlahiddə Ümumqoşun Ordusu Zaporojye istiqamətində hücumu davam etdirməyə çalışır. Rusiya Silahlı Qüvvələrinin Qərb Hərbi Dairəsinin 20-ci Birləşmiş Silahlı Qüvvələri Xarkovdan yan keçərək cənub-qərb istiqamətində hərəkətə keçməyə cəhdlər edir”, - Baş Qərargahdan bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru