Aİ Ukrayna üçün 500 milyon avro ayırır

5-03-2022, 10:10           
Aİ Ukrayna üçün 500 milyon avro ayırır
Avropa İttifaqı Ukraynaya humanitar yardım üçün 500 milyon avro ayırır.

Teref.az "Report"a istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Brüsseldə ABŞ dövlət katibi Entoni Blinkenlə birgə keçirdiyi brifinqdə deyib.

O, bildirib ki, Ukraynada baş verən humanitar fəlakətin miqyası çox narahatedicidir.

"Avropa ötən əsrin ən qaranlıq günlərindən indiyədək görünməmiş miqyasda dağıntı və qaçqın gördü. Biz dərhal 500 milyon avroluq humanitar yardım təqdim edirik və gələcəkdə daha çox vəsait ayıracağıq. Polşa, Slovakiya və Rumıniyada mülki müdafiə mərkəzlərinin yaradılması üzərində sürətlə işləyirik", - fon der Leyen qeyd edib.

Avropa Komissiyasının sədri vurğulayıb ki, Ukrayna daxilində uzanacaq humanitar dəhlizlərin yaradılması üçün hər cür səy göstərilir.

"Çox ehtiyac duyulan humanitar yardım Ukraynanın bütün bölgələrinə çatmalıdır və mülki əhali mühasirədə olan şəhərləri tərk edə bilməlidir", - qurum rəhbəri əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru