Solovyovun İtaliyadakı iki villası müsadirə olundu, Solovyov efirdə ağladı... VİDEO
5-03-2022, 17:48
İtaliya maliyyə polisi Rusiyanın Ukraynaya hücumundan sonra Avropa İttifaqının sanksiya siyahısına daxil edilmiş dörd məşhur rusiyalının azı 140 milyon avro dəyərində villa və yaxtalarını müsadirə edib. Bu barədə "The Insider" İtaliya maliyyə polisindəki mənbəyə istinadən bildirib.
Mənbənin verdiyi məlumata görə, milyarder iş adamı Alişır Usmanova məxsus, Aralıq dənizinin Sardiniya adasındakı bir və Rusiya dövlət televiziyasının aparıcısı Vladimir Solovyova məxsus, Komo gölündəki 2 villa müsadirə olunub.