Zelenski danışıqlarda Ukrayna nümayəndə heyətinin vəzifəsini açıqlayıb

14-03-2022, 09:41           
Zelenski danışıqlarda Ukrayna nümayəndə heyətinin vəzifəsini açıqlayıb
Rusiya Federasiyasının nümayəndələri ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin vəzifəsi prezidentlərin görüşünün baş tutması üçün hər şeyi etməkdir.

Teref.Az Trend-ə istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.

"Rusiya Federasiyası ilə danışıqlara gəlincə. Hər gün ölkələrimizin nümayəndə heyətlərinin nümayəndələri videoformatda danışırlar. Nümayəndə heyətimizin qarşısında aydın vəzifə var - prezidentlərin görüşünün baş tutması üçün hər şeyi etmək. Əminəm ki, insanlar da bu görüşü gözləyir", - deyə V.Zelenski bildirib.

O qeyd edib ki, təbii ki, belə bir görüş çətin, lakin zəruri yoldur.

"Bizim məqsədimiz isə Ukraynanın bu mübarizədə, bu çətin danışıqlar məsələsində lazımi nəticəni əldə etməsidir. Bizim üçün, sülh və təhlükəsizlik üçün lazımdır. Normal, effektiv zəmanətlərimizin olması üçün. Nə "Budapeşt"dəki kimi, nə də bizim səmadakı kimi. Və elə ki, ukraynalılar deyə bilsinlər: bu işləyir, bu zəmanətdir. Danışmaq lazımdır", - deyə Ukrayna Prezidenti bildirib.

Danışıqlar prosesinin əvvəlki raundlarının müsbət nümunəsi kimi o, 10 humanitar dəhlizin təşkilini göstərib.

"10-dan çox humanitar dəhliz işə salınıb. Kiyev vilayəti, Luqansk vilayəti... Gün ərzində 5 550 nəfər xilas edilib. Altı gündə - artıq 130 mindən çox. Danışmaq lazımdır. Bu da danışıqlarla bağlıdır. Bunu başa düşmək lazımdır", - deyə V.Zelenski əlvə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru