İtaliyanın paytaxtı Romada ABŞ və Çinin yüksək vəzifəli rəsmilərinin görüşü keçirilir.
AZƏRTAC xəbər verir ki, ABŞ tərəfdən görüşdə milli təhlükəsizlik məsələləri üzrə müşavir Cek Sallivan iştirak edir. Çini isə Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici əlaqələr ofisinin rəhbəri Yan Cieçi təmsil edir.
İclasda Ukrayna hadisələrinin regional və qlobal təhlükəsizliyə təsiri məsələsi müzakirə olunub.
ABŞ-ın məqsədi rəsmi Pekini Ukrayna böhranı ilə bağlı Moskvaya təzyiq göstərməyə sövq etməkdir.
Birləşmiş Ştatlar və Çin rəsmilərinin gün ərzində İtaliyanın Baş naziri Mario Draqinin diplomatik müşaviri Luici Mattiolo ilə də görüşü olacaq.