Erməni lobbisi Obamaya çağırış edib - düşmən iş başında

10-04-2016, 23:50           
Erməni lobbisi Obamaya çağırış edib - düşmən iş başında
Amerika Konqresində erməni məsələləri üzrə qrupun həmsədrləri Robert Dold və Frank Pallon prezident Barak Obamanı Azərbayanın Qarabağa hücumunu pisləməyə və Bakıya hərbi yardımı dayandırmağa çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə Erməni Milli Komitəsi məlumat yayıb. Görünən budur ki, məkrli düşmən ABŞ konqresində ciddi fəaliyyətə başlayıb. Erməni lobbisi uğurlu əməliyyat aparan Azərbaycan ordusunun Ali Baş komandanı İlham Əliyevi hədəf götürüb. Bu da təsadüfi deyil. Prezident Əliyev bütün erməni lobbisinin intensiv əks-kampaniyasına baxmayaraq, ABŞ -ın prezident administrasiyası ilə iqtidarının münasibıtlərini düzəldə bilib və ehtimal olunur ki, dünyanın ən nəhəng hərbi təsisatı sayılan Pentaqonin da, Azərbaycanın Rusiya qarşısında dirənişi prosesi üçün, dəstəyini ala bilib. Məhz Azərbaycan prezidentinin uğurlu ABŞ səfərindən dərhal sonra Qarabağda erməni provokasiyalarının başlaması təsadüfi deyil. Lakin Azərbaycan bu təxribatlara görə erməniləri peşman etdi və indi uzaq Amerikadakı məkrli erməni diasporu "günahsız ermənilər ölür", deyə, fəryad edir.

Erməni lobbisinin Obamaya məktubunun məğzini isə bu sətirlər yaxşı İfadə edir:

“Biz Robert Dold və Frank Pallonun çağırışını dəstəkləyirik. Amerika ilk növbədə Azərbaycanın aqresiyasını və onun ordusunun günahsız erməniləri öldürməsini pisləməlidir. İlham Əliyevin Amerikadan kömək almağa ehtiyacı yoxdur. O, buna layiq deyil”, bu sözləri Amerikadakı Erməni Milli Komitəsinin icraçı direktoru Aram Hamparian deyib.

Məlumata görə, Amerika prezidentinə öz məktubunda erməni qrupunun həmsədrləri onu da bildirib ki, Amerika Dağlıq Qarabağa təcili humanitar yardım ilə kömək etsin və Azərbaycan tərəfinin Qarabağda törətdiyi dağıntıların istintaqını aparsın.

Ümid edirik ki, Azərbaycan dövləti cəbhədəki uğurları diplomatiya sahəsində də davam etdirə biləcək.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.